Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası davam edir

05 iyul 2022 | 14:48

Qəbələdə indiyədək 14 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib. Bu günədək biçilən 5 min 50 hektar arpa və 9 min 50 hektar buğda sahəsindən 41 min 395 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 29,3 sentner təşkil edir. Builki mövsümdə rayonda 19 min 502 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Əkin sahələrinin 6 min 135 hektarını arpa, 13 min 367 hektarını isə buğda sahələri təşkil edir. İndiyədək tədarük olunan taxılın 15 min 150 tonu arpa, 26 min 245 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 30 sentner, buğda sahələrindən isə 29 sentner məhsul götürülüb. Hazırda sahələrdə 52 kombayn işləyir.

Keçidlər