Qəbələ rayonunun Topbağ kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Topbağ kəndində səyyar qəbul keçirmiş, onların müraciətlərini dinləmişdir. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış və bu işlərin ardıcıllıqla davam etdirildiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinlərinin müraciətləri fərdi qaydada dinlənilmiş, irəli sürülən məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.













