Qəbələ rayonunun ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub
05 noyabr 2026 | 17:50
Qəbələ rayonunun ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunmuş, həmçinin Vətən Müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilmişdir. Tədbirlərdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumatlar verilmiş, müharibə iştirakçılarının xatirələri dinlənilmiş, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunmuşdur.













