Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunun ümumtəhsil məktəblərində “Məzun günü” keçirilmişdir

14 iyun 2025 | 13:32

14 iyun 2025-ci il tarixində Qəbələ rayonunun ümumtəhsil məktəblərində “Məzun günü”nə həsr edilmiş tədbirlər keçirilmişdir. Bu il XI-ci sinfi bitirən 1214 nəfər məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Bayram tədbirlərində rayon təhsil sektorunun nümayəndələri, müəllimlər, valideynlər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və veteranları iştirak etmişlər.  Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən söz açmış, məzunları və valideynləri “Məzun günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulamışlar.

Keçidlər