Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunun ümumtəhsil müəssisələrində 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

15 fevral 2025 | 12:05

14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər-mühazirə, seminar və “dəyirmi masa”lar keçirilib, kitab bağışlama aksiyaları təşkil olunub. Tədbirlərdə rayon təhsil sektorunun əməkdaşları, müəllim və şagirdlər iştirak etmişlər. Şagirdlərin mütaliəyə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşdirilməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsi, həmçinin kitabları paylaşma mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilmiş və onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılmışdır. Tədbirlərdə şagirdlər və müəllimlər biri-birilərinə kitab hədiyyə etmişlər.

Keçidlər