Qəbələ rayonunun Vəndam qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti təmiz saxlayaq” adlı iməcilik keçirilmişdir
18 iyun 2024 | 17:16
18 iyun 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ rayonunun Vəndam qəsəbəsində “Təbiəti təmiz saxlayaq” adlı iməcilik keçirilmişdir. İməcilik zamanı 2 hektardan çox əraziyə pərakəndə atılmış əşyalar toplanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş qablar və onların ətrafı təmizlənərək daşınmış, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilmişdir. Tədbirdə Vəndam qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, qəsəbə ziyalıları, sahibkarlar və könüllülər iştirak etmişlər.