Qəbələ rayonunun Yemişanlı kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yemişanlı kəndində səyyar qəbulu keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulu giriş sözü ilə açan RİH başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışmış, Yemişanlı kəndində xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü, digər yaşayış məntəqələri kimi Yemişanlı kəndinin də dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini diqqətə çatdırılmışdır. Sonra kənd sakinləri dinlənilib. Çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları ətraflı cavablandıran RİH başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.