Qəbələ Regional “ASAN xidmət” Mərkəzində “Valideynlik bacarıqları” mövzusunda görüş keçirilib
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Valideynlik bacarıqları” mövzusunda valideyn və övlad münasibətlərində yaranan çətinliklərlərin aradan qaldırılması ilə bağlı görüş keçirilib. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin, Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin, Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyinin, Qəbələ Rayon Psixoloji Yaşam Mərkəzinin nümayəndələri və valideynlər iştirak edib. Görüşdə çıxış edənlər valideyn və övlad arasında qarşılıqlı anlaşmanın, sağlam ünsiyyətin əhəmiyyəti barədə məlumat vermiş, valideynlərə övladlarının yaş xüsusiyyətlərini nəzərə alaraq, onların fikir və hisslərini dinləmək, problemlərə anlayışla yanaşmaq və münasibətdə müsbət ünsiyyət üsullarından istifadə etmək barədə tövsiyələr vermiş, həmçinin valideyn və övlad münasibətlərində yaranan anlaşılmazlıqların səbəbləri, onların düzgün həlli yolları və emosional gərginliyin azaldılması istiqamətində psixoloji yanaşmalar izah olunmuşdur. Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.













