Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Regional Turizm Şurasının İşçi Qrupunun birinci görüşü keçirilib

29 oktyabr 2025 | 12:02

28 oktyabr tarixində Qəbələ Regional Turizm Şurası İşçi Qrupunun birinci görüşü keçirilib. Görüşdə turizm şurasının əhatə etdiyi sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının yerli nümayəndəlikləri, eləcə də turizm sahəsi ilə birbaşa və ya dolayısı ilə bağlı olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək şuranın yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulamış və şuarının işinə uğurlar arzulamışdır. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuranın sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat vermiş,  bu təşəbbüsün dövlət strukturları ilə özəl sektor arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və turizm sahəsində effektiv əməkdaşlığın formalaşmasına xidmət edəcəyini qeyd etmişdir. Görüş çərçivəsində şuranın əsas fəaliyyət istiqamətləri, regionda turizmin davamlı inkişafını dəstəkləyəcək birgə təşəbbüslərin həyata keçirilməsi, müxtəlif dövlət qurumları arasında koordinasiyanın təmin olunması və çevik qərarvermə mexanizmlərinin gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin regionda turizm infrastrukturunun təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və yerli icmaların turizm fəaliyyətinə cəlb edilməsi üzrə təqdimatlar edilmiş, eləcə də növbəti mərhələdə həyata keçiriləcək layihələrin əsas istiqamətləri razılaşdırılmışdır.

Keçidlər