Qəbələ RİH başçısı Səbuhi Abdullayev Ukrayna Respublikasının Boyarska Şəhər Şurasındakı fraksiyasının rəhbərinin müavini Alina Qriqoriyevanı qəbul etmişdir.
17 oktyabr 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev icra hakimiyyətinin inzibati binasında müharibədən əziyyət çəkən və reablitasiya xidmətləri ilə təmin edilmək üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb edilmiş 31 nəfər ukraynalı uşaqların qrup rəhbəri Ukrayna Respublikasının Kiyev Vilayətində yerləşən Boyarska Şəhər Şurasının deputatı, hakim siyasi partiyanın Boyarska Şəhər Şurasındakı fraksiyasının rəhbərinin müavini Alina Qriqoriyevanı qəbul etmişdir. Qəbul zamanı Ukrayna Respublikasının Boyarska şəhəri ilə Azərbaycan Respublikasının Qəbələ rayonu arasında turizim, iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət və sair sahədə əməkdaşlığın gələcək prespektivləri müzkirə edilmişdir. Xanım Alina Qriqoriyeva ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.













