Qəbələ RİH başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib
29 mart 2024 | 12:53
29 mart 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri dinlənilmişdir. İrəli sürülən təkliflərin, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.