Qəbələ RİH-də növbəti dəfə vətəndaş qəbulu keçirilmişdir
21 iyul 2023 | 13:46
21 iyul 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilmişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.