Qəbələ RİH-də növbəti şura iclası keçirilib
08 avqust 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. RİH başçısı yanında Şuranın üzvləri, İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə 2023-2024-cü tədris ilinin yekunları və yeni dərs ilinə hazırlıq, Kənd təsərrüfatına yararlı torpaqların münbitliyinin və istehsal olunmuş kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi və torpaqlardan təyinatı üzrə istifadə edilməsi, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərdə təsərrüfatbaşına uçotun aparılması vəziyyəti və “Azərbaycan Respublikasının rayon və şəhərlərdə icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”a uyğun olaraq vətəndaşların ərizə, şikayət və təkliflərinə vaxtında baxılması barədə danışılmış, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.