Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ RİH-də növbəti şura iclası keçirmişdir

13 iyul 2026 | 19:39

13 iyul 2026-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. Şəhər, qəsəbə, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamından irəli gələn məsələlər - qəsəbə və kənd ərazi nümayəndəliklərində təsərrüfatbaşına uçotun aparılması vəziyyətinin təhlil edilməsi, qanunsuz tikintilərə qarşı tədbirlərin görülməsi, yanğın və təbii fəlakət zamanı vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə fərdi yaşayış evləri və təsərrüfatların sığortalanmasının təşkil edilməsi, rayonda 2026-cı ilin taxıl biçini kompaniyasının mütəşəkkil şəkildə keçirilməsi və optimal müddətdə başa çatdırılması, yay mövsümü ilə əlaqədar meşə ərazilərində, həmçinin meşə sahələri ilə həmsərhəd ərazilərdə biçilmiş əkin sahələrində, quru ot və digər ərazilərdə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi və məsələnin diqqətdə saxlanılması, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər