Qəbələ RİH-də növbəti vətəndaş qəbulu keçirilib
20 iyun 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilmişdir. Qəbul zamanı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri fərdi şəkildə dinlənilib. Onların irəli sürdükləri təkliflərin, qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaşlarla keçirilən qəbul-görüşlər sakinlərlə dövlət orqanları arasında açıq dialoqun və etimadın möhkəmlənməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına töhfə verir. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.