Qəbələ RİH-də vətəndaş qəbulu keçirilib
22 avqust 2025 | 11:15
22 avqust 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilmişdir. Qəbulda Vətən müharibəsi qaziləri eləcə də digər vətəndaşların müraciətləri dinlənilmişdir. İrəli sürülən təkliflərin, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür.













