Qəbələ RİH-ə “ASAN müraciət”in 2024-cü il üzrə hesabatına əsasən təşəkkürnamə təqdim olunub
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir keçirilib. 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdıraraq "ASAN müraciət” informasiya sisteminin Prezident İlham Əliyevin 2020-ci il 21 avqust 2232 nömrəli Sərəncamı əsasında ictimai iştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadə edərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradıldığını qeyd etmişdir. Sonda müraciətlərə baxılmasında fərqlənən bir neçə dövlət qurumuna o cümlədən Qəbələ Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim olunmuşdur.