Qəbələ RİH-nin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilmişdir
14 avqust 2026 | 12:38
14 avqust 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən keçirilən qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər fərdi qaydada dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













