Qəbələ RİH-nin növbəti vətəndaş qəbulu keçirilmişdir
07 avqust 2026 | 12:54
07 avqust 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların qəbulu keçirilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













