Qəbələ RMX PHŞ-də 27 Sentyabr – “Anım günü”nə həsr olunmuş tədbir keçirilib.
24 sentyabr 2026 | 14:28
Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi birgə təşkilatçılığı ilə 27 Sentyabr – “Anım günü” münasibətilə tədbir keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına torpaqlarımızın işğaldan azad olunduğunu və bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu vurğulamış, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmiş, qazilərimizə can sağlığı arzulamışlar.













