Qəbələ RMX PHŞ-də Anım günü keçirilmişdir
Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində 27 sentyabr-Anım Günü qeyd olunmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. RMX PHŞ-nin baş həkimi Ceyhun Əhmədov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasındam Anım Günü kimi qeyd edildiyini bildirmişdir. Çıxış edənlər Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına torpaqlarımızın işğaldan azad olunduğunu və bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu vurğulamış, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmiş, qazilərimizə can sağlığı arzulamışlar.