Qəbələ RMX PHŞ-də növbəti qanvermə aksiyası keçirilmişdir
10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə mərkəzi rayon xəstəxanasında “Qanvermə aksiyası” keçirilmişdir. Məhərrəmlik ayına təsadüf edən, talassemiya, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, o cümlədən ictimaiyyət nümayəndələri fəallıq göstərmişlər. Aksiya zamanı hərtərəfli müayinə olunan 180 nəfər könüllüdən qan nümunələri götürülmüşdür.