Qəbələ RMX Publik Hüquqi Şəxsində “Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir” adlı tədbir keçirilmişdir
11 dekabr 2024-cü il tarixində Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir ” adlı tədbir keçirilmişdir. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Ceyhun Əhmədov və PHŞ-nin müavini Şahmərdan Əhmədli Ümummilli liderin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açmış, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, o cümlədən müstəqilliyimizin əbədi və dönməz olmasının təmin edildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğı onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.