Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında onlayn müşavirə keçirilmişdir

28 noyabr 2024 | 17:52

Qardaşlaşmış şəhərlər olan “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında 2024-2026-cı illər üçün qarşılıqlı əlaqələrinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun həyata keçirilməsi haqqında Tədbirlər Planı - “Yol xəritəsi”nə əsasən 27 noyabr 2024-cü il tarixdə iki şəhər arasında qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsinə həsr olunmuş onlayn müşavirə keçirilmişdir. Müşavirədə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, “Gabala Hospitality Group”un baş icraçı direktoru Şəbnəm Fərman, Qrodno Şəhər İcraiyyə Komitəsinin sədr müavini Mixayilski Dmitriy, idman və turizm şöbəsinin müdiri Kulakov Sergey, Şəhər Təcili Tibbi Yardım Klinik Xəstəxanasının Ödənişli tibbi xidmətlər şöbəsinin rəhbəri Yaximçik Oleq iştirak etmişdir. Müşavirəni giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev müşavirə iştirakçılarını salamlayaraq şəhərlər arasında olan möhkəm dostluq əlaqələri və Qəbələ rayonunun iqtisadi inkişafı barədə geniş məlumat vermişdir. “Gabala Hospitality Group”un baş icraçı direktoru Şəbnəm Fərman çıxışında 2 şəhər arasında olan qarşılıqlı turizm əlaqələrindən, Qəbələnin inkişaf etməkdə olan turizm potensialından bəhs etmişdir. Qrodno şəhərinin nümayəndələri isə şəhərin mövcud turizm və sağlamlıq turizmi haqqında ətraflı məlumat vermişlər. Müşavirədə şəhərlər arasında mövcud turizm əlaqələrinin perspektivləri müzakirə edilmiş və bu cür müşavirələrin gələcəkdə də davam etdirilməsi razılaşdırılmışdır.

Keçidlər