Qəbələ şəhəri ərazisində abadlıq-yenidənqurma işləri davam etdirilir
06 dekabr 2023 | 10:26
Qəbələdə aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində Mikayıl Abdullayev, Qalib Həmidov, Tofiq İsmayılov, Molla Pənah Vaqif küçələrinə yeni asfalt örtüyü çəkilir və su ötürüçü körpülər salınır. Həmçinin Heydər Əliyev Prospektinin, Arif Haqverdiyev, Əhmədağa Bağırov və Seyid Əzim Şirvani küçələrinin dalanlarına yeni asfalt örtüyünun çəkilməsi nəzərdə tutulmuşdur.