Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

  Qəbələ şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınmışdır

20 noyabr 2024 | 12:08

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin  qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir. 19 noyabr 2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhəri Həzi Aslanov küçəsində avtomobillərin parklanması üçün ayrılmış ərazidə özbaşına tikilmiş tikinti aşkar edilmiş, söküntü işləri aparılaraq ərazi boşaldılmışdır.

Keçidlər