Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ şəhəri tərəfindən “İdman Paytaxtı – 2026”-nın simvolik açarı Qazax şəhərinə təqdim edilib.

06 mart 2026 | 15:27

05 mart 2026-cı il tarixdə Qazax şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi əsasında həyata keçirilən “Qazax - İdman Paytaxtı 2026”-nın açılış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və “Qarabağ Azərbaycandır” abidələrini ziyarət edərək, önünə gül dəsətələri düzmüşlər. Tədbirdə Azərbaycan Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gənclər və İdman Nazirliyinin layihəsi əsasında Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edildiyini vurğulayaraq, bu böyük etimada görə başda Gənclər və İdman naziri olmaqla, zəhməti olan hər kəsə öz adından və rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirilmişdir. Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasında Gənclər siyasətinin, gənclərə, idmana qayğının həmişə dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd edərək rayon sakinlərini, xüsusilə də idmançıları Qazaxın İdman Paytaxtı seçilməsi münasibətilə təbrik etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdulayev çıxış edərək 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qəbələdə il ərzində keçirilən tədbirlərdən, əldə edilən nailiyyətlərdən danışmış, Qazaxın bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirərək bütün qazaxlıları qəbələlilər adından təbrik etmiş və “İdman Paytaxtı” layihəsinin simvolik açarını aidiyyəti üzrə təqdim etmişdir.  Sonda konsert programında səslənən bir-birindən maraqlı musiqillər iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Keçidlər