Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.

15 mart 2024 | 15:21

15 mart 2024-cü il tarixdə  “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayon üzrə nümayəndələri, fəalları Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində ağacəkmə aksiyası keçirmişdir. Tədbirdə rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Pərvin Məmmədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişdir.

Keçidlər