Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilmişdir

01 iyun 2024 | 12:57

1 iyun 2024-cü il tarixdə Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.  Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazilərin uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edən RİH başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, İncəsənət Məktəbinin şagirdlərinin və uşaq bağçalarında təhsil alan uşaqların bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda rayon icra hakimiyyəti tərəfindən şəhid və qazilərin övladlarına hədiyyələr təqdim edilmişdir.

Keçidlər