Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ şəhərində 8 Noyabr - “Zəfər günü” münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilmişdir

08 noyabr 2026 | 14:36

08 noyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbənin ildönümü 8 Noyabr-“Zəfər Günü” ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına  gül dəstələri düzmüşlər. Sonda tədbir iştirakçıları şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə birgə xatirə şəkli çəkdirmişlər.

Keçidlər