Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəyirmi masa keçirilmişdir

24 oktyabr 2023 | 12:20

24 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən əkinçilik sahəsində mövcud imkanlar, problemlər və perpektivlərə dair dəyirmi masa keçirilmişdir. İcra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fonduun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin, "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri və sahibkarlar iştirak etdiyi tədbirdə sahibkarların əkinçilik sahəsində qarşılaşdıqları çətinliklərin operativ həlli, ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Keçidlər