Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində keçirilən monirtorinqlər zamanı qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır

05 avqust 2024 | 17:25

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində 05 iyul 2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhər Mikayıl Abdullayev küçəsi və Qaraçay çayının sahilində ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək çəpərlənmiş 1 hektar dövlət su fonduna və Qəbələ bələdiyyəsinə məxsus torpaq sahələrində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Vətəndaşların diqqətinə çatdırılır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər