Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində növbəti qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır

11 iyul 2024 | 18:10

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. 11 iyul 2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhər Məmməd Məmmədov küçəsi və Qaraçay çayının sahilində ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək çəpərlənmiş 2,5 hektar dövlət su fonduna məxsus torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər