Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində növbəti səyyar qəbul keçirilmişdir

25 sentyabr 2023 | 18:10

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin  növbəti səyyar qəbulu Qəbələ şəhər sakinləri ilə keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərlərinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Şəhər sakinləri mövcud problemlərdən danışmış, təkliflərini irəli sürmüş, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, görülən işlərə görə ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi həll edilmiş, bir qisminin həlli nəzarətə götürülmüşdür.

Keçidlər