Qəbələ şəhərində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Qəbələ şəhər sakinləri ilə keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərlərinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışaraq bu tədbirlərin yalnız bir amala, əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Şəhər sakinləri mövcud problemlərdən danışmış, təkliflər irəli sürmüş, ölkəmizdə eləcədə rayonlarımızda görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür.













