Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

26 fevral 2024 | 15:21

26 fevral 2024-cü il tarixdə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonumuzda müvəqqəti məskunlaşmış Xocalı sakinləri  və ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini, erməni vəhşilərinin tarix boyu xalqımıza qarşı törətdikləri terrorizmin heç vaxt unutmayacağını diqqətə çatdırmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun mənfur düşməni darmadağın edərək işğal altında qalan torpaqlarımızın, o cümlədən Xocalının azad edilərək, düşməndən qisasın alındığını bildirmişdir. Xocalı ziyalısı Kamal Məmmədov və ağsaqqal Qiyas Əhmədov çıxış edərək, erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsində dinc xalqa qarşı edilən misli görünməmiş vəhşiliklərdən bəhs etmiş, amansız soyqırım günündə belə xocalıların xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdığını qeyd edərək,  Xocalının separatçılardan azad edilməsindən sonra faciənin 32-ci ildönümünün tam başqa əhval-ruhiyyə ilə anıldığını, səbrsizliklə öz doğma yurd-yuvalarına köçəcəkləri günü gözlədiklərini bildirmişlər.  Sonda şəhidlərin ruhuna dualar oxunmuş, Qəbələ Rayon Şəhidlər Xiyabanı kompleksi ziyarət edilərək məzarların üzərinə gül dəstələri düzülmüş və xatirə şəkli çəkdirilmişdir.

Keçidlər