Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26 fevral 2026 | 17:54

26 fevral 2026-cı il tarixdə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzda müvəqqəti məskunlaşmış Xocalı sakinləri və ictimaiyyət nümayəndələri Qəbələ Rayon Şəhidlər Xiyabanı Kompleksini ziyarət edərək məzarların üzərinə gül dəstələri düzmüşlər. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını azad etdiyini və həmin ərazilərdə abadlıq-quruculuq işlərinin aparıldığını vurğulamış,  artıq məcburi köçkünlərin, eləcə də Xocalı sakinlərinin öz doğma yurd-yuvalarına köçürüldüyünü  qeyd edərək onları bu münasibətlə təbrik etmişdir. Xocalı sakini Kamal Məmmədov çıxış edərək Xocalının azad edilməsindən sonra bu günün başqa əhval-ruhiyyə ilə anıldığını, səbrsizliklə öz doğma yurd-yuvalarına köçəcəkləri günü gözlədiklərini qeyd edərək ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.  Sonda xatirə şəkli çəkdirilmişdir.

Keçidlər