Qəbələ şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərcivəsində növbəti iməcilik keçirilib
24 dekabr 2024 | 15:46
24 dekabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ şəhərində növbəti dəfə iməcilik keçirilmişdir. İməcilik zamanı magistral yollar, park və xiyabanlar təmizlənmiş, ağaclar budanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınmışdır. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisələrin kollektivləri, sahibkarlar və rayon könüllüləri iştirak etmişlər.