Qəbələ şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz Ölkəm" adlı aksiya keçirilmişdir
24 avqust 2024 | 12:26
24 avqust 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz Ölkəm" adlı keçirilən aksiyada Qəbələ Rayon İcra Hakimiyyətinin, 15 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qəbələ "ASAN xidmət" mərkəzinin, Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və könüllülərin iştirakı ilə şəhərin Heydər Əliyev prostpektində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə 230 kq çəkidə bərk məişət tullantısının təmizlənməsi təmin edilmişdir.