Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ səhnəsində Moldovadan gələn kollektivlərin çıxışları anşlaqla keçib

03 avqust 2026 | 11:40

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açıq hava amfiteatrında Moldovadan gələn kollektivlərinin çıxışları böyük coşqu ilə qarşılanıb. Konsertdə Moldovanın ilk peşəkar musiqi kollektivlərindən biri — Yuri Bivolun baş baletmeysteri olduğu “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Vlad Qorqosun bədii rəhbərliyi ilə “Millenium” etno-estrada qrupu səhnə alıb. Moldovalı incəsənət ustaları təqdim etdikləri xalq rəqsləri, popuri və folklor nümunələri ilə musiqi bayramına xüsusi rəng qatıblar. Proqramın sonunda sənətçilərin tamaşaçılarla birgə rəqs etməsi bayram ab-havasını daha da coşdurub. Unudulmaz anlar bəxş edən qonaqlar gur alqışlar və gül dəstələri ilə yola salınıb.

Keçidlər