Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhid Babayev Ağaşirin Firuz oğlunun ailəsi ilə görüş keçirilmişdir

03 noyabr 2023 | 18:00

8 Noyabr “Zəfər Günü” ilə əlaqədar olaraq Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhid Babayev Ağaşirin Firuz oğlunun ailəsi ilə görüş keçirilmişdir. Görüşdə çıxış edənlər İkinci Qarabağ Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  və şanlı ordumuzun şücaəti ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin tarixindən, dəmir yumruq kimi birləşən ordu-xalq birliyindən, əsgərlərimizin  rəşadətindən söhbət açmışlar. Şəhidin ailə üzvləri Ağaşirinlə bağlı xatirələrini söyləmiş, dövlətimizin şəhid ailələrinə göstərdiyi böyük diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda şəhidin anasına muzey kollektivi adından xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

Keçidlər