Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaqlar bir günəşdir” adlı bayram tədbiri keçirmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Nohurgöl Hotel MMC-nin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə Qəbələ CHENOT PALACE Hoteldə “Uşaqlar bir günəşdir” adlı bayram tədbiri keçirilib. Tədbirdə animatorların iştirakı ilə maraqlı oyunlar və rəqslər təşkil olunmuş, uşaqlar üçün cizgi film nümayiş etdirilmiş və “Gizli Qəhrəmanım” layihəsi çərçivəsində uşaqların arzularına uyğun hədiyyələr verilmişdir. Sonda təşkilatçılar uşaqların valideynlərinə bayram sovqatı təqdim etmiş və bütün tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik etmişlər.