Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi  vətənpərvərlik mövzusunda tədbir keçirilib

07 noyabr 2025 | 17:12

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Qəbələ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci il dönümü ilə əlaqədar 5 noyabr 2025-ci il tarixində rayon Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılmış, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətinin, əsgərlərimizin cəsarətinin, vətən sevgisinin bugünkü və gələcək nəsillər üçün ən gözəl vətəndaşlıq nümunəsi olduğu vurğulanmış,işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidən-qurma, bərpa və quruculuq işlərindən, sakinlərin böyük sevinc hissi ilə ata-baba yurdlarına qayıtması qeyd edilib. Vətən müharibəsi isə iştirakçıları keçdikləri döyüş yolundan bəhs ediblər. Tədbirdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.

Keçidlər