Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirib

25 fevral 2026 | 14:31

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Heydər Əliyev  Mərkəzinin, Regional Gənclər və İdman İdarəsinin  və Qəbələ MKS-nin 2 saylı şəhər kitabxana filialı birgə təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşməndən qisası alındığını, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyatın canlandığını, soydaşlarımızın öz doğma yurdlarına qayıtdığı qeyd etmişlər. Tədbirdə məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Keçidlər