Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Qəbələ Bölməsinin birgə təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü“ münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-nin əməkdaşları, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Qəbələ Bölməsinin rəisi Sədaqət Bayramova, mərkəzin qeydiyyatında olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar, aztəminatlı ailələrin uşaqları və mərkəzin könüllüləri iştirak edib. Tədbirdə çıxış edənlər bayramın mahiyyəti barədə ətraflı məlumat vermiş və uşaqları bayram münasibəti ilə təbrik etmişlər. Daha sonra tədbir əyləncəli proqramla davam edib. Mərkəzinin qeydiyyatında olan uşaqların iştirakı ilə mahnılar səsləndirilib, rəqslər, şeirlər və səhnəciklər nümayiş etdirilib. Təşkilatçılar tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.