Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “Şuşa sən Azadsan” adlı tədbir keçirilib
2022-ci ilin Şuşa ili elan edilməsi ilə əlaqədar 01.08.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Şuşa sən Azadsan” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qəbələ Bölməsinin, İncəsənət məktəbinin nümayəndələri, şəhid və qazi ailələri, mərkəzin könüllüləri və mərkəzin qeydiyyatında olan uşaqlar iştirak edib. Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açıblar. Sonda şeirlərdən ibarət kompozisiya səsləndirilib, Şuşa şəhərinə həsr edilmiş videoçarxlar nümayiş etdirilib.