Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə  Dəstək Mərkəzində yaradılmış ekspert qrupunun üzvləri ilə görüş keçirilib

21 iyun 2023 | 12:30

Qəbələ Uşaq və Ailələrə  Dəstək Mərkəzində erkən nikahlar, məişət zorakılığı, gender bərabərsizliyi, uşaqların təhsildən yayınması, zərərli vərdişlərlə sağlam həyat tərzinə vurulan zərbələr və bu kimi aktual problemlərin vaxtında qarşısının alınması və zəruri tədbirlərin görülməsi məqəsdi ilə yaradılmış ekspert qrupunun 20 iyun 2023-cü il tarixdə görüşü keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, polis şöbəsinin, rayon xəstəxanasının, Heydər Əliyev Mərkəzinin, Dini İcmanın, ağsaqqallar şurasının və mərkəzin nümayəndən  ibarət ekspert qrupunun görüşündə ailələrdə olan aktual problemlər və onların həlli istiqamətində qarşıda duran məsələlər müzakirə olunmuşdur.

Keçidlər