Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib

01 iyun 2026 | 15:22

Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.  Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazi uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısını qeyd edərək, uşaq hüquqlarından, dövlətimiz tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsi və sağlam böyüməsi üçün görülmüş işlərdən danışmışlar. Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, incəsənət məktəbinin şagirdlərinin və uşaq bağçalarında təhsil alan uşaqların bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər