Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilmişdir

01 iyun 2022 | 14:37

1 iyun 2022-ci il tarixdə Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.  Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazilərin uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edən RİH başçısının müavini Ətayə Osmanova ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, İncəsənət Məktəbinin şagirdlərinin və uşaq bağçalarının kollektivlərinin bir-birindən maraqlı çıxışları, xüsusilə şəhid Təbriz Qasımovun qızı Fatimə Qasımovanın rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri ilə keçirilmiş “Könlüm keçir Qarabağdan” və “Çıxdı Günəş doğdu cahan nur ilə” müsabiqələrinin qaliblərinə fəxri fərmanlar, rayon icra hakimiyyəti tərəfindən isə şəhid və qazilərin övladlarına hədiyyələr təqdim edilmişdir.

Keçidlər