Qəbələdə 10 müəssisə tərəfindən 140 - dan artıq vakansiya əmək yarmarkasına çıxarılmışdır
18 mart 2025 | 16:58
18 Mart 2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ Xidmət şöbəsinin dəstəyi ilə əmək yarmarkası keçirilmişdir. Qəbələ rayonundan olan sakinlərin iştirak etdiyi yarmarkada 10 müəssisə tərəfindən 140-dan çox vakansiya əmək yarmarkasına çıxarılmışdır.